Azərbaycanın mədəniyyət naziri Anar Kərimov aprelin 28-də Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.

Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə 8 yanvar 2022-ci il tarixində dövlət başçısının sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya “Şərəf” ordeni təqdim olunub.

Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here