Aprelin 25-26-da Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “Konsonans” adlı beynəlxalq musiqi festivalı keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq, Qara Qarayev adına uşaq musiqi məktəbi layihədə iştirak üçün ərizə qəbulu elan edib. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan 100-dən çox namizəd ərizə təqdim edib. Onlardan ən yaxşıları iki həftə ərzində çıxış etmək imkanı qazanacaqlar.

Tədbirdə beynəlxalq müsabiqələrin Rusiya, Türkiyə, Azərbaycan və Almaniyadan olan laureatları, musiqi və incəsənət məktəblərinin, həmçinin xüsusi musiqi tədris müəssisələrinin şagirdləri çıxış edəcəklər.

Tədbirin qonaqları XX-XXI əsrin bəstəkarlarının əsərlərini dinləyəcəklər. Festivalda Albenis, Debüssi, Fore, Martinu, Villa-Lobos, Skryabin, Raxmaninov, Prokofyev, Şostakoviç, Qara Qarayev, Şedrin, Slonimski və digər bəstəkarların əsərləri ifa olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here