Mark Eliyahu

Dünyaca məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.

“Report” xəbər verir ki, kamança ustası Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

İyunun 19-da keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here