Azerbaijan Culture

BXA tələbələrinin təqdimatında “Xoreoqrafiya Suitası” tamaşası

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas  təhsil pilləsinin tələbələrinin iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Xoreoqrafiya Suitası” adlı tamaşa baş tutub.

Tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları, ictimai fəallar  və tələbələr iştirak ediblər.

Tamaşa ərzində P.İ.Çaykovski, V.A. Mosart, A.L.Vivaldi, G.Maler, Ş.F.Quno və s. kimi dünya bəstəkarlarının klassik əsərləri əsasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib.

Xoreoqrafik tamaşanın bədii rəhbəri BXA-da rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, quruluşçu-xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalliyay, xoreoqraf-repetitoru isə Pərvin Nəcəfovadır.

Qeyd edək ki, tələbələrin çıxışı tamaşaçılarda dərin təəssürat oyadıb. Tamaşa böyük maraqla qarşılanıb.

Exit mobile version