Azerbaijan Culture

Bu gün Kann Film Festivalı başlayır

Bu gün Fransada Kann Film Festivalı başlayır.

AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.

Festivalın açılışı həvalə edilmiş belçikalı aktrisa Vircini Efira münsiflər heyətini və rəsmi müsabiqə üçün 21 filmi təqdim edəcək. O, həm də mərasimlərin aparıcısı olacaq.

Fransalı Vinsent Lindon münsiflər heyətinə sədrlik edəcək. Britaniyalı Rebecca Hall, Hindistanlı Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, eləcə də iranlı Asghar Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nichols münsiflər heyətinin üzvləridir.

75-ci Kann Film Festivalının açılış mərasiminin fəxri qonağı amerikalı aktyor, rejissor və prodüser Forest Vitaker olacaq. Bu münasibətlə o, fəxri “Palma budağı” mükafatını alacaq. Onun Kristof Kastan və Tomas Sametin ilə birlikdə çəkilmiş “Sülh naminə” son filmi mayın 18-də xüsusi nümayiş olunacaq.

Exit mobile version